GM Prof - dezinfeksiya xidmətləri
Peşəkar komanda və müasir avadanlıqların köməyi ilə həm qapalı, həm açıq ərazilərdə profilaktik dezinfeksiya tədbirlərini (həmçinin dezinseksiya və deratizasiya) peşəkar səviyyədə icra edirik.
Dezinfeksiya tək bakteriya və viruslarla mübarizə deyil, həm də geniş mənada infeksiya daşıyıcılarının – həşəratların və məişət parazitlərinin (dezinseksiya) və gəmiricilərin (deratizasiya) məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir. Dezinfeksiyanın profilaktik, cari və yekun növləri vardır. Profilaktik dezinfeksiya yoluxucu xəstəliklərin olub-olmamasından asılı olmayaraq daima aparılır, onların yaranmasının və yayılmasının qarşısının alınmasına yönəldilmişdir.
Dezinfeksiya nə üçün lazımdır?
- Virus və bakteriyalara yoluxma riski sıfıra yaxınlaşır
- Zərərverici həşəratlar, gəmiricilər və sürünənlər bir daha sizi narahat etmir
- Ticarət obyektərinin müştəriləri özlərini təhlükəsiz hiss edir
- Rəsmi qurumların tələblərini icra etmiş olursunuz

Xidmətlərimiz
Təhlükəsizliyinizi təmin etmək başlıca vəzifəmizdir.
Dezinseksiya xidməti
- Gənə, birəyə qarşı
- Taxtabiti, tarakanlara qarşı
- Ağcaqanad, milçəklərə qarşı
Profilaktik dezinfeksiya nə üçün lazımdır?
Dezinfeksiya (lat. Inficere – yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələrdir.
Problemə uyğun metod seçilir.
Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi olub, törədicinin yoluxma yollarını və amillərini, deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir.
Məqsəd – təhlükəsizliyi təmin etməkdir.
Xidmətin əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir.

Keyfiyyətli dezinfektantlar
Yüksək peşəkarlıq yalnız keyfiyyətli məhsullar ilə mümkündür.
100% təhlükəsiz
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş preparatladan istifadə edirik.
İdxal ölkələrimiz
Sanitariya norma və qaydalarının, gigiyena normativlərinin məcburi tələblərinə cavab verən Türkiyə, Almaniya, Cənubi Koreya və Rusiya istehsalı olan avadanlıq və maddələrdən istifadə edirik.
Görülən işlərdən nümunələr