Haqqımızda

“GM Prof” – professional şəkildə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri göstərən şirkətdir.

About Us

Professional xidmət

“GM Prof” MMC – 2020-ci ildən rəsmi qeydiyyata alınmışdır. Şirkətimiz professional səviyyədə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri göstərməkdədir.

Peşəkar komanda və müasir avadanlıqların köməyi ilə həm qapalı, həm açıq ərazilərdə profilaktik dezinfeksiya tədbirlərini (həmçinin dezinseksiya və deratizasiya) peşəkar səviyyədə icra edirik.

Missiyamız

Dezinfeksiya işini mükəmməl şəkildə icra edərək, həyat təhlükəsizliyini artırmaq.

Strategiyamız

İşimizi icra edərkən yalnız beynəlxalq və keyfiyyətli məhsullardan istifadə etmək.

Xidmətlərimiz

Professional şəkildə aşağıdakı xidmətləri icra edirik:

Dezinfeksiya

Virus və bakteriyaların yayılmasına qarşı görülən tədbirlər kompleksi

Dezinseksiya

Zərərverici həşəratlara qarşı görülən tədbirlər kompleksi

Deratizasiya

Siçan və siçovullara qarşı görülən tədbirlər kompleksi

Avadanlıq və məhlullar

Sanitariya norma və qaydalarının, gigiyena normativlərinin məcburi tələblərinə cavab verən Türkiyə, Almaniya, Cənubi Koreya və Rusiya istehsalı olan preparatlardan istifadə edirik.

Yalnız rəsmi keyfiyyət sertifikatı olan məhsullardan istifadə edirik.

Lisenziyamız!

Fəaliyyətimiz üçün tələb olunan lisenziya mövcuddur.

  • 2020 – ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən özəl tibb fəaliyyətinin səyyar və tibbi profilaktika tibbi xidmətləri üzrə – dezinfeksiya, dezinseksiya və derazitasiya işlərinin görülməsinə lisenziya verilmişdir (INIL-252/2020/1 – 17 iyul 2020).

Qiymət siyasəti

Müvafiq obyektdən asılı olaraq xidmət haqqı fərdi qaydada müəyyən edilir. Xidmət haqqına obyektin açıq və ya qapalı tipli olması, sanitar-epidemioloji vəziyyəti, yoluxma dərəcəsi, təmir vəziyyəti, sahəsi, obyektə qədərki məsafə, xidmətin zamanı, istifadə olunan avadanlıq və preparatların növləri, xidmətin növü və metodu, habelə əlavə xidmətlərin göstərilməsi təsir edir. Sifarişə əsasən mütəxəssislərimiz obyektə gəlir və keçirilmiş pulsuz baxışdan sonra yekun qiymət müəyyən edilir.

Zəmanət

“Gigiyena Məkanı” MMC digər dezinfeksiya şirkətlərindən fərqli olaraq göstərdiyi bütün xidmətlərə zəmanət verir. Dərmanlama aparılmamışdan öncə və sonra tövsiyyələrimizə uyğun olaraq müvafiq ərazidə təmizləmə işləri aparılmalıdır. Sanitariya-gigiyena tələblərinə riayət olunması ilə bağlı bütün tövsiyyələrimizə əməl olunarsa, habelə yaxınlıqda ziyanvericilərin məskunlaşma mənbəyi yoxdursa göstərilən xidmətin effektliyi daha uzun müddətli olur. Əgər müştəri tərəfindən bütün tövsiyyələrimizə riayət olunsa da xidmət göstərdiyimiz ərazidə yenidən narahatçılıqlar yaranmışdırsa təkrar dərmanlama pulsuz icra edilir.

Xidmət göstərdiyimiz ərazilər

 

Fərdi yaşayış və bağ evləri
Otel, restoran və kafelər
İstehsal müəssisələri
Zavod, fabrik, sex və s.
Ticarət müəssisələri
Ofis, ticarət mərkəzi, mağaza, anbar və s.
Təhsil müəssisələri
Məktəb, bağça, kurs və s.
Açıq ərazilər